“Azərpoçt”da əsaslı təmir işləri aparılacaq

İnfrastruktur
  • 06 noyabr, 2018
  • 06:09
“Azərpoçt”da əsaslı təmir işləri aparılacaq

Bakı. 6 noyabr. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC üzrə əsaslı təmir işlərinin aparılmasına dair açıq tender elan edir.

“Report” nazirliyə istinadən xəbər verir ki, tender Poçt Daşıma Mərkəzinin inzibati binasının sanitar qovşaqlarının və zirzəminin, eləcə də “Azərpoçt” MMC-nin inzibati binasının əsaslı təmiri məqsədilə elan edilib.

Tenderdə iştirak haqqı hər lot üzrə 200 manatdır.

İddiaçılar müvafiq sənədləri saat 07 dekabr 2018-ci il saat 17:00-a qədər, tender təklifi və zəmanətini 18 dekabr 2018-ci il saat 17:00-a qədər Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanına təqdim etməlidir.

Təklif zərfləri dekabrın 19-da saat 11:00-da sözügedən ünvanda açılacaq.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.  

Son xəbərlər

Bütün Xəbər Lenti