"Azəristiliktəchizat" qazanxanaları müasirləşdirəcək

"Azəristiliktəchizat" qazanxanaları müasirləşdirəcək "Qazanxanaların yenilənməsi "Azəristiliktəchizat" ASC-nin əsas planlarındandır"
İnfrastruktur
15 Aprel , 2022 11:48
Azəristiliktəchizat qazanxanaları müasirləşdirəcək

"Qazanxanaların yenilənməsi "Azəristiliktəchizat" ASC-nin əsas planlarındandır"

"Report" xəbər verir ki, bunu səhmdar cəmiyyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

"Bizim böyük istilik mənbələrimiz 1960-70-ci illərdə tikilib. Biz onları modernləşdirib müasir qazanxanalara çevirmək isrəyirik. Eyni zamanda Energetika Nazirliyi ilə gələcək fəaliyyətimizlə bağlı iş aparırıq. Ən vacib məsələlərdən biri istilik təchizatı sistemlərinin dayanıqlılığının və səmərəliliyinin artırılması, instusional strukturun və uçot sisteminin təkmilləşdirilməsi, ölçü cihazlarının quraşdırılması, tarifləri tənzimlənməsidir", - deyə o, qeyd edib.

"Bəzi stansiylaranın köhnəlməsi ilə əlaqədar bizə təklif olunub ki, onların yanilənməsi barədə təkliflər hazırlayaq. Məsələn, Bakının Əhmədli qəsəbəsində 15 istilik paylayıcı məntəqə və 1 yüksəldici nasos stansiyasını yenidən qurmaq üçün təkliflər hazırlayırıq. Layihənin icrasına bu il başlanılacaq və gələn il başa çatdırıması nəzərdə tutulub. Layihə 20 minə yaxın mənzil, 8 məktəb, 14 uşaq baxçası, səhiyyə obyekti və 100-ə yaxın digər obyekti əhatə edəcək", - deyə İ.Mirzəliyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi