Azərbaycanda sərnişin daşımaları 40 %-ə yaxın artıb

Azərbaycanda sərnişin daşımaları 40 %-ə yaxın artıb 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanın nəqliyyat sektorunda yük daşınması əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 %, sərnişin daşınması isə 38,7 % çox olub.
İnfrastruktur
21 Mart , 2022 09:26
Azərbaycanda sərnişin daşımaları 40 %-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın nəqliyyat sektorunda yük daşınması əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 %, sərnişin daşınması isə 38,7 % çox olub.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, ilin ilk iki ayında nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 31,7 milyon ton yük daşıyıb. Yüklərin 2,9 %-i dəniz, 8 %-i dəmir yolu, 0,3 %-i hava, 55,3 %-i avtomobil nəqliyyatı, 33,5 %-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,8 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 76,5 % təşkil edib.

Bundan başqa, hesabat dövründə nəqliyyatçılar 225,1 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 86,6 %-i avtomobil nəqliyyatı, 13 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Son xəbərlər

Orphus sistemi