Azərbaycandan Türkiyəyə gedənlərin sayı 2 dəfədən çox artıb

Azərbaycandan Türkiyəyə gedənlərin sayı 2 dəfədən çox artıb 2021-ci ildə Azərbaycandan Türkiyəyə gedən ölkə vətəndaşlarının sayı 2020-ci illə müqayisədə 2,2 dəfə çox olub.
Turizm
21 Yanvar , 2022 12:56
Azərbaycandan Türkiyəyə gedənlərin sayı 2 dəfədən çox artıb

2021-ci ildə Azərbaycandan Türkiyəyə gedən ölkə vətəndaşlarının sayı 2020-ci illə müqayisədə 2,2 dəfə çox olub.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumatda deyilir ki, ötən il Azərbaycandan xarici ölkələrə gedən ölkə vətəndaşlarının ümumi sayı əvvəlki ilə nisbətən 16,3 % azalaraq 974,5 min nəfər olub.

O cümlədən İrana gedən Azərbaycan vətəndaşlarının sayı 80,6 %, Gürcüstana gedənlərin sayı 75,3 % azalıb, Türkiyəyə gedənlərin sayı 2,4 dəfə, Rusiyaya gedənlərin sayı isə 7,8 % artıb.

Ölkə vətəndaşlarının 47,3 %-i Türkiyəyə, 24,3 %-i Rusiyaya, 7,8 %-i Gürcüstana, 6,8 %-i İrana, 13,8 %-i digər ölkələrə səfər edib. Gedənlərin 66,3 %-ni kişilər, 33,7 %-ni qadınlar təşkil edib.

2021-ci ildə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,8 %-i hava, 28 %-i dəmir yolu və avtomobil, 3,2 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Son xəbərlər

Orphus sistemi