Azərbaycanda bəzi mühəndis-kommunikasiya obyektlərinin də istismarına icazə xüsusi qaydada veriləcək

Azərbaycanda bəzi mühəndis-kommunikasiya obyektlərinin də istismarına icazə xüsusi qaydada veriləcək Prezident İlham Əliyev “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli fərmanında dəyişiklik edib.
İnfrastruktur
29 Dekabr , 2024 18:05
Azərbaycanda bəzi mühəndis-kommunikasiya obyektlərinin də istismarına icazə xüsusi qaydada veriləcək
İlham Əliyev

Prezident İlham Əliyev “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli fərmanında dəyişiklik edib.

"Report" xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binalarla yanaşı, nəqliyyat, rabitə, energetika və digər mühəndis-kommunikasiya obyektlərinin də istismarına icazə verilməsi xüsusi qaydada həyata keçiriləcək.

Bu müddət 2025-ci il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək uzadılıb.

Son xəbərlər

Orphus sistemi