Azərbaycana xam şəkər daşıyan üç yük vaqonu aşıb, xəsarət alan yoxdur

Azərbaycana xam şəkər daşıyan üç yük vaqonu aşıb, xəsarət alan yoxdur Bakı-İmişli istiqamətində hərəkət edən teplovoz Saatlı rayonu ərazisində qəzaya uğrayıb
İnfrastruktur
10 İyul , 2022 13:09
Azərbaycana xam şəkər daşıyan üç yük vaqonu aşıb, xəsarət alan yoxdur

Salyan lokomotiv deposuna məxsus olan və Bakı-İmişli istiqamətində hərəkət edən teplovoz Saatlı rayonu ərazisində qəzaya uğrayıb, teplovoza qoşulmuş 20 vaqondan üçü aşıb, bir vaqon isə relsdən düşüb.

Bu barədə"Report"a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib.

Hadisə zamanı itki və xəsarət alan olmayıb.

Faktla bağlı Nəqliyyatda Baş Polis İdarəsinin İmişli xətt Polis Şöbəsində araşdırmalar aparılır.

12:44

İyulun 9-da saat 20:30 radələrində dəmir yolunun Saatlı stansiyasının yaxınlığında hadisə baş verib.

Bu barədə "Report" Azərbaycan Dəmir Yolları QSC-yə istinadən xəbər verir.

Belə ki, Qara dənizdən ölkəmizə xam şəkər daşıyan Gürcüstan dəmir yollarına məxsus 3 yük vaqonu aşıb. İlkin ehtimala görə, hadisəyə vaqonlardan birində texniki nasazlıq (təkər cütü oxunun boynunun sınması) səbəb olub. Əraziyə "Azərbaycan Dəmir Yollar" QSC-nin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti cəlb edilib. Baş vermiş qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər icra olunur.

Qeyd edək ki, qəza zamanı həlak olan və ya xəsarət alan yoxdur. Dəmir yolu infrastrukturuna dəymiş ziyanın həcmi müəyyənləşdirilir.

Yaxın saatlarda Saatlı-İmişli mənzilində qatarların hərəkəti bərpa olunacaq.

Son xəbərlər

Orphus sistemi