Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin formalaşdırılması yekunlaşıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin formalaşdırılması yekunlaşıb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" publik hüquqi şəxsin tam formalaşdırılması başa çatıb.
İnfrastruktur
9 Dekabr , 2022 11:04
 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin formalaşdırılması yekunlaşıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" publik hüquqi şəxsin tam formalaşdırılması başa çatıb.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “biletim.az” portalının təqdimatında bildirib.

"Nəqliyyat sektorunda davamlı islahatlar aparılır, lakin yük və sərnişin daşımaları ilə bağlı görüləcək işlər hələ qabaqdadır. Burada görülən işlərin əsas hədəfi vətəndaşların məmnunluğunun artırılmasıdır. Bütün bunları nəzərə alaraq islahatlar genişmiqyaslı aparılır. Son dövrlərdə aparılan islahatlardan biri Yerüstü Nəqliyyat Agentliyinin yaradılmasıdır", - R. Hümmətov deyib.

O hesab edir ki, islahatlar bundan sonra da davam edəcək.

Xatırladaq ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycanda avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yükdaşımalarına dair qayda və tələblərə, habelə bu sahədə normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirir.

Son xəbərlər

Orphus sistemi