Azərbaycan və İran avtomobil daşımaları sahəsində problemləri müzakirə edib

Azərbaycan və İran avtomobil daşımaları sahəsində problemləri müzakirə edib Azərbaycan və İran arasında həyata keçirilən beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyətin müzakirə edilməsi üçün hər iki ölkənin aidiyyəti qurum nümayəndələrinin videokonfrans formatında görüşü keçirilib.
İnfrastruktur
17 Sentyabr , 2020 16:29
Azərbaycan və İran avtomobil daşımaları sahəsində problemləri müzakirə edib
0 : 00
0 : 00

Azərbaycan və İran arasında həyata keçirilən beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyətin müzakirə edilməsi üçün hər iki ölkənin aidiyyəti qurum nümayəndələrinin videokonfrans formatında görüşü keçirilib.

Bu barədə "Report"a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) bildirilib.

Məlumata görə, Azərbaycan nümayəndə heyətinə DANX-ın rəisi Həbib Həsənov, İran nümayəndə heyətinə isə bu ölkənin Yol və Avtomobil Nəqliyyatı Təşkilatının Tranzit və Beynəlxalq Nəqliyyat Məsələləri üzrə Baş İdarəsinin rəisi Cavad Hidayəti rəhbərlik edib.

Görüşə NRYTN-nın, Xarici İşlər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin səlahiyyətli nümayəndələri də onlayn rejimdə qoşulublar. Görüşdə pandemiya şəraitində iki ölkə arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, infeksiyanın yayılmaması məqsədilə hər iki ölkənin hökumətlərinin tətbiq etdiyi qaydalara riayət edilməsi, yük daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, avtodaşıyıcılar tərəfindən “İcazə” blanklarının istifadə edilməsinin statistik təhlili və mövcud şəraitdə daşımaların inkişaf perspektivləri məsələləri müzakirə edilərək, müvafiq razılıqlar əldə edilib.

Son xəbərlər

Orphus sistemi