Azərbaycan ilə Rusiya Şimal-Cənub dəhlizinə irihəcmli yüklər cəlb etmək istəyir

Azərbaycan ilə Rusiya Şimal-Cənub dəhlizinə irihəcmli yüklər cəlb etmək istəyir Hazırda Azərbaycan ilə Rusiya arasında irihəcmli yüklərin Şimal-Cənub nəqliyyat dəhlizinə cəlbi üçün işlər görülür.
İnfrastruktur
11 İyul , 2023 14:00
Azərbaycan ilə Rusiya Şimal-Cənub dəhlizinə irihəcmli yüklər cəlb etmək istəyir

Hazırda Azərbaycan ilə Rusiya arasında irihəcmli yüklərin Şimal-Cənub nəqliyyat dəhlizinə cəlbi üçün işlər görülür.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Yükdaşımalar departamentinin rəisi Emil Əhmədov deyib.

Onun sözlərinə görə, Şimal-Cənub nəqliyyat dəhlizinə maraq artıb: "Ötən ilin altı ayında Şimal-Cənub nəqliyyat dəhlizi ilə 125 min ton yük daşınmışdısa, bu ilin altı ayında 388 min ton yük daşınıb. Hazırda İran Astarasında təmir işləri davam etdirilir. Bizim yük əməliyyatları paralel olaraq aparılır”.

Xatırladaq ki, "Şimal-Cənub" Nəqliyyat Dəhlizi əsasən Hindistandan və İran Körfəzi regionundan, yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Bu dəhlizin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Əgər dəniz yolu ilə daşıma İran körfəzi və Hind Okeanı, Süveyş kanalı, Aralıq Dənizi, Baltik Dənizindən keçərək Helsinki şəhərinə 45-60 gün ərzində daşıma müddəti təşkil edirsə, "Şimal-Cənub" Tranzit Dəhlizi ilə bu müddət 20-25 gün təşkil edir.

Son xəbərlər

Orphus sistemi