Səfir: "Azərbaycan ərazisindən keçən nəqliyyat marşrutu Ukrayna üçün vacibdir"

İnfrastruktur
  • 07 fevral, 2017
  • 08:25
Səfir: Azərbaycan ərazisindən keçən nəqliyyat marşrutu Ukrayna üçün vacibdir

Bakı. 7 fevral. REPORT.AZ/ "Vikinq" dəmir yolu marşrutu üzrə yük dövriyyəsi 2016-cı ildə iki dəfə artıb".

Bu barədə "Report"a Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib.

"Azərbaycan statistikasına görə, daha əvvəl Rusiyadan keçməklə Qazaxıstan və Çinə gedən, indi isə Qara dəniz, Gürcüstan və Azərbaycandan keçməklə Qazaxıstana gedən qatar vaqonlarının sayı 2015-ci illə müqayisədə 2016-cı ildə iki dəfə artıb. Bu gün yüklərin daşınmasında heç bir problem yoxdur. Bu marşrut həm bizim, həm də Azərbaycan üçün vacibdir", - deyə A.Mişenko vurğulayıb.

Səfir həmçinin Ukrayna şirkətlərinin Ələt limanındakı azad iqtisadi zonada iştirak etməkdə və aqrar-sənaye kompleksi sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib.