"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Bakı-Balakən-Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verir.
Bu barədə "Report"a qurumdan bildirilib.
Qeyd olunub ki, yataq tipli qatarlar yanvarın 3-dən etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, 4 yanvardan isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək (Bakıdan Balakənə 8 saat 20 dəqiqəyə, Balakəndən Bakıya 8 saat 40 dəq).
Marşrut üzrə Şəki, Zaqatala, Qax və Balakən stansiyaları, eyni zamanda dörd aralıq dayanacaqda da sərnişinlərin düşüb-minməsi təmin ediləcək.
Marşrut üzrə Bakıdan Balakənə kimi bir istiqamətə gediş haqqı Standart sinif üçün yerlərdə 18 manatdan, Standart Plus 27 manatdan, biznes sinfi üçün isə 72 manatdan başlayır.
Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (