Azərbaycan Daşkənddə yeni multimodal nəqliyyat marşrutunu təqdim edir

İnfrastruktur
  • 03 noyabr, 2022
  • 06:42
Azərbaycan Daşkənddə yeni multimodal nəqliyyat marşrutunu təqdim edir

“Asiya-Sakit okean regionu ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa” beynəlxalq multimodal marşrutu əsasında yaradılan CASCA + nəqliyyat dəhlizi Özbəkistanın paytaxtı Daşkənddə işə başlayan “TransLogistica Uzbekistan 2022” 18-ci nəqliyyat və logistika sərgisində ayrıca stendlə çıxış edir.

Report” “ADY Konteyner” MMC-yə istinadən xəbər verir ki, bunu sərgidə qurumun direktoru Natiq Cəfərov deyib.

"CASCA + multimodal nəqliyyat marşrutun yaradılmasında məqsəd iştirakçı ölkərinin tranzit imkanlarından istifadə etməklə Çin-Avropa-Çin istiqamətində dəmiryolu ilə yükdaşımaların həcminin və səmərəliliyinin artırılmasıdır", - N. Cəfərov bildirib.

Marşrut üzrə iştirakçı ölkələrin dəmir yolları operatorları - “ADY Konteyner” MMC, “Qırğızıstan Dəmir Yolları”, “Özbəkdəmiryolekspedisiya”, “Türkmənistan Nəqliyyat-Logistika Mərkəzi”, “GR Logistics and Terminals” və “Pasifik Eurasia A.Ş.” öz xidmətlərini təklif edirlər.

Bildirilir ki, CASCA+ marşrutunun stendinə maraq böyük maraq olub. N. Cəfərov stendə yaxınlaşan Özbəkistanın nəqliyyat nazirinin müavini Jasurbek Çoriyevə marşrutla bağlı ilə bağlı ətraflı məlumat verib.

“TransLogistica Uzbekistan 2022” 18-ci nəqliyyat və logistika sərgisi və noyabrın 4-nə qədər davam edəcək.

Qeyd edək ki, CASCA + marşrutu üzrə iştirakçı ölkələrin dəmir yolları operatorlarının 5 avqust 2022-ci il tarixdə Bakıda keçirilmiş iclasında marşrutun səmərəliyinin artırılması üçün operatorların iştirakı ilə konsorsiumun yaradılması, konteynerlərin marşrut boyu izlənilməsi məqsədilə rəqəmsal platformanın hazırlanması müzakirə edilib.