Azərbaycan “CASCA+” yük dəhlizinin koordinasiyası üçün konsorsiumun yaradılmasını dəstəkləyib

Azərbaycan “CASCA+” yük dəhlizinin koordinasiyası üçün konsorsiumun yaradılmasını dəstəkləyib Azərbaycan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Gürcüstan və Türkiyənin dəmir yolu administrasiyaları “Asiya-Sakit Okean regionu ölkələri – Çin – Qırğızıstan – Özbəkistan – Türkmənistan – Azərbaycan - Gürcüstan - Türkiyə - Avropa” beynəlxalq multimodal
İnfrastruktur
31 May , 2024 20:53
Azərbaycan “CASCA+” yük dəhlizinin koordinasiyası üçün konsorsiumun yaradılmasını dəstəkləyib

Azərbaycan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Gürcüstan və Türkiyənin dəmir yolu administrasiyaları “Asiya-Sakit Okean regionu ölkələri – Çin – Qırğızıstan – Özbəkistan – Türkmənistan – Azərbaycan - Gürcüstan - Türkiyə - Avropa” beynəlxalq multimodal marşrutu çərçivəsində yaradılmış “CASCA+” yük dəhlizinin inkişafı məsələlərini müzakirə ediblər.

“Report” Özbəkistan Dəmir Yollarına istinadən xəbər verir ki, 6 ölkənin nümayəndə heyətinin görüşü Daşkənddə keçirilib.

Özbəkistan tərəfi “CASCA+”in fəaliyyətini koordinasiya edəcək konsorsiumun yaradılmasını təklif edib. İdeya bütün iştirakçıların dəstəyini qazanıb, digər ölkələr isə dəhlizin inkişafı üçün mütəxəssislər təqdim etməyə hazır olduqlarını bildiriblər.

Həmçinin meyvə, tərəvəz və tez xarab olan məhsulların soyuduculu konteynerlərdə daşınmasının təşkili də təklif edilib. Digər təşəbbüs dəhliz boyu hərəkət edən vaqonların və konteynerlərin yerləşməsinin onlayn monitorinqinə başlanılmasını nəzərdə tutur.

Mart ayında Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi üzrə birgə layihə şirkətinin yaradılması planları barədə məlumat yayılmışdı. Qırğızıstan Prezidenti Sadır Japarov işlərə oktyabr ayında başlanılacağını söyləmişdi.

Xatırladaq ki, “CASCA+” dəmir yolu təşəbbüsü Azərbaycan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Gürcüstan və Türkiyə tərəfindən yaradılıb. Marşrut Mərkəzi Asiyanı Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Türkiyə ilə birləşdirir. Bu marşrut üzrə ilk konteyner bloku qatarı 2022-ci ilin sonunda Bakıya gəlib.

Son xəbərlər

Orphus sistemi