"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Avstriyanın paytaxtı Vyanaya uçuşlar üçün yeni endirim aksiyasına start verib.
"Report" AZAL-a istinadən xəbər verir ki, aksiya çərçivəsində aviabiletlərin qiyməti Bakı-Vyana-Bakı marşrutu üzrə 555 manatdan, Vyana-Bakı-Vyana marşrutu üzrə isə 299 avrodan başlayır.
Endirimli aviabiletləri 15-21 dekabr 2023-cü il tarixləri arasında əldə etmək mümkündür. Aksiya aviaşirkətin 16 yanvar–11 iyun 2024-cü il tarixlərində (yüksək tələbat dövrü istisna olmaqla) həyata keçiriləcək reyslərinə şamil olunur. Bakı ilə Vyana arasında reyslər həftədə iki dəfə — çərşənbə axşamı və cümə günləri həyata keçirilir.
AZAL-ın xüsusi təklifi zəngin tarixi memarlığı ilə seçilən və Avropa mədəniyyət və incəsənətinin beşiklərindən sayılan Vyanaya daha sərfəli qiymətlərlə səyahət etmək imkanını yaradır. Endirimli aviabiletlərin sayı məhduddur.
Aviabiletləri rəsmi