Azərbaycanda avtobus və velosiped zolağına daxil olanlar 100 manat cərimə ediləcək.
"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
"Avtobus zolaqlarından və velosiped yollarından digər nəqliyyat vasitələrinin qanunsuz istifadə etməsinə görə inzibati tənbeh tədbiri müəyyən edilib.
Belə ki, bu inzibati xətaların hər biri 100 manat məbləğində cərimə və əlavə olaraq 2 balla qiymətləndirilir.
Avtobuslar üçün nəzərdə tutulan hərəkət zolağından və velosiped yolundan digər nəqliyyat vasitələrinin qanunsuz istifadə etməsi ilə əlaqədar sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılır", - deyə məlumatda qeyd olunub.