AZAL-ın sərnişin daşımaları kəskin azalıb

AZAL-ın sərnişin daşımaları kəskin azalıb Beynəlxalq hava xətlərində sərnişin oturacaqlarının tutulma faizi 55,7 % təşkil edib
İnfrastruktur
10 Mart , 2021 11:29
AZAL-ın sərnişin daşımaları kəskin azalıb

2020-ci ildə “Azərbaycan Hava Yolları” QSC (AZAL) və onun aşağı büdcəli törəməsi “Buta Airways” 2019-cu illə müqayisədə 78,7 % az- 574,2 min sərnişin daşıyıb.

“Report”un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatında bildirilir.

Hesabata əsasən, ötən ildə əvvəlki illə müqayisədə yük və baqaj daşınması 66,6 % azalaraq 5 min ton, poçt daşınması isə 66,2 % azalaraq 171,5 ton təşkil edib.

Beynəlxalq reyslərlə daşınan sərnişinlərin sayı 80,4 % azalaraq 407,7 min nəfər təşkil edib. Daxili marşrutlar üzrə isə 166,5 min sərnişin daşınıb.

AZAL-ın aviaşirkətlərin reyslərində sərnişin dövriyyəsi 980,6 mln sərnişin/km təşkil edərək, əvvəlki illə müqayisədə 79,3 %, beynəlxalq reyslərində sərnişin dövriyyəsi isə 864,7 mln sərnişin/km təşkil edərək, 2019-cu illə müqayisədə 80 % azalıb.

Hesabat dövründə sərnişin oturacaqlarının tutulma faizi əvvəlki illə müqayisədə 17,8 % azalaraq 57,8 % təşkil edib. Beynəlxalq hava xətlərində sərnişin oturacaqlarının tutulma faizi 2019-cu illə müqayisədə 19 % azalaraq 55,7 % təşkil edib.

Son xəbərlər

Orphus sistemi