Almaniya rəsmisi: "Bizim təcrübəmiz Azərbaycanda müxtəlif sahələrinin inkişafına töhfə verə bilər"

İnfrastruktur
  • 06 oktyabr, 2026
  • 13:09
Almaniya rəsmisi: Bizim təcrübəmiz Azərbaycanda müxtəlif sahələrinin inkişafına töhfə verə bilər

Almaniya təcrübəsi Azərbaycanın infrastruktur, nəqliyyat, energetika, kənd təsərrüfatı sahələrinin inkişafına töhfə verə bilər.

"Report" xəbər verir ki, bunu Almaniyanın Federal İqtisadi Məsələlər və Enerji Nazirliyində baş direktor müavini Gerlind Hekman Bakıda keçirilən "Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, "yaşıl enerji" və rəqəmsallaşma üçün maliyyənin səfərbər edilməsi" mövzusunda Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib.

Onun sözlərinə görə, ölkələrin dayanıqlığı iqtisadi mahiyyətdən asılıdır: "Bizə lazım olan da məhz budur. Məsələn, yeni təsis olunmuş Alman-Azərbaycan Biznes Şurası iki ölkə arasında iqtisadi dialoqu daha sistemli şəkildə qurmaq məqsədi daşıyır. İndiyə qədər illərdir ki, ikitərəfli siyasi işçi qrupumuz mövcuddur. Lakin indi biz iqtisadi məsələləri daha dərindən anlamaq istəyirik. Burada əməkdaşlıq imkanları həqiqətən də çox genişdir. Azərbaycanın infrastruktur, nəqliyyat, energetika, kənd təsərrüfatı sahələrində böyük potensialı var".

G.Hekman əlavə edib ki, Almaniya təcrübəsi isə bu sektorların inkişafına töhfə verə bilər: "Beləliklə, imkanlar çoxdur və Almaniya iqtisadiyyatı Azərbaycandakı hərtərəfli transformasiya prosesində iştirak etməyə çalışa bilər".