Almaniya prezidenti “Zərifə Əliyeva” gəmi-bərəsində olub

Almaniya prezidenti “Zərifə Əliyeva” gəmi-bərəsində olub Almaniya prezidenti Frank-Valter Staynmayer, Qazaxıstanın Baş naziri Alixan Smailov və Kurık limanının direktoru Serik Axmetov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Kurık limanına yan almış "RoPax" tipli “Zərifə Əliyeva” gəmi-bərəsində olub.
İnfrastruktur
21 İyun , 2023 15:54
Almaniya prezidenti “Zərifə Əliyeva” gəmi-bərəsində olub

Almaniya prezidenti Frank-Valter Staynmayer, Qazaxıstanın Baş naziri Alixan Smailov və Kurık limanının direktoru Serik Axmetov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Kurık limanına yan almış "RoPax" tipli “Zərifə Əliyeva” gəmi-bərəsində olub.

"Report" bu barədə ASCO-ya istinadən xəbər verir.

Məlumata görə, Almaniyanın dövlət başçısına gəmi-bərənin ASCO-nun donanmasındakı digər bərələrlə birgə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin inkişafında mühüm rol oynadığı bildirilib.

Gəminin kapitanı Təhmiraz İsmayılov Frank-Valter Staynmayerə bildirib ki, “Zərifə Əliyeva” gəmi-bərəsi Azərbaycanda istehsal olunub, yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyük olmaqla, 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.

Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevin dəvəti ilə Almaniya prezidenti Frank-Valter Ştaynmayer Qazaxıstana rəsmi səfərə gəlib.

Son xəbərlər

Orphus sistemi