Ağdamın Baş Qərvənd kəndində "ağıllı" texnologiyalar üçün eksperimental meydança yaradılır

Ağdamın Baş Qərvənd kəndində "ağıllı" texnologiyalar üçün eksperimental meydança yaradılır Ağdamın Baş Qərvənd kəndində alternativ enerji ilə çalışan daha müasir bəzi innovativ texnologiyaların gələcəkdə tətbiq edilməsi nəzərdən keçirilə bilər ki, bunlara günəş enerjisi ilə çalışan istilik nasoslarının tətbiqi, elektormobillər üçün elektrikdold
İnfrastruktur
15 Oktyabr , 2024 16:34
Ağdamın Baş Qərvənd kəndində ağıllı texnologiyalar üçün eksperimental meydança yaradılır

Ağdamın Baş Qərvənd kəndində alternativ enerji ilə çalışan daha müasir bəzi innovativ texnologiyaların gələcəkdə tətbiq edilməsi nəzərdən keçirilə bilər ki, bunlara günəş enerjisi ilə çalışan istilik nasoslarının tətbiqi, elektormobillər üçün elektrikdoldurma məntəqələri, günəş kollektorları, günəş əsaslı avtomobil parkı və sair daxildir.

"Report" xəbər verir ki, bu fikirləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktorun müavini Səbuhi Abdullayev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.

O bildirib ki, Baş Qərvənd kəndində söküntü işləri yekunlaşmaq üzrədir: "Bildiyiniz kimi, Ağdamın ən böyük kəndlərindən biri olan Baş Qərvənd kəndində "Ağıllı kənd" layihəsi icra ediləcək. Burada tətbiq ediləcək "ağıllı həllər" Slovakiyanın mütəxəssisləri və mühəndisləri tərəfindən reallaşdırılacaq. Layihə çərçivəsində ümumilikdə ərazisi 476 hektar olan kəndin tamamilə yenidən qurulması, "ağıllı kənd" kimi bərpası nəzərdə tutulur. Birinci fazada burada 275 hektar ərazidə 851 ədəd fərdi evin tikintisi planlaşdırılır. "Ağıllı kənd" layihəsi çərçivəsində burada "ağıllı" texnologiyalardan istifadə ediləcək. Tullantıların utilizasiyası, "yaşıl enerji"dən istifadə və kanalizasiya təmizləmə qurğusu quraşdırılacaq. Bütün növ qəanətli texnologiyalar "Ağıllı kənd" konsepsiyası çərçivəsində tətbiq ediləcək. Təbii materiallardan olan evlərin inşası, həmçinin evlər üçün smart texnologiyaların istifadəsi də nəzərdə tutulur".

Xidmət rəsmisi qeyd edib ki, Ağdam şəhərində yaşayış məhəllələrinin tikintisinə bu ilin iyununda başlanılıb: "Hazırda 2-ci yaşayış məhəlləsi üzrə 11 kvartalda tikinti işləri davam edir. 2-ci yaşayış məhəlləsində 11 kvartal 66 binadan ibarət 6-sı qeyri-yaşayış, 60-ı yaşayış olmaqla 1 268 mənzilin inşası nəzərdə tutulur. 1-ci, 3-cü və 5-ci məhəllələrdə yaşayış və qeyri-yaşayış binaların layihələndirmə işləri davam edir. Bundan başqa 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci məhəllələrdə Baş plan üzrə söküntü və şaquli planlaşdırma işləri tamamlanıb. Həmçinin qeyd edilən ərazilərdə ictimai binaların tikinti işləri də icra edilir. Məhəllələrlə yanaşı 3 kənd - Sarıcalı, Kəngərli və Xıdırlıda da inşaat işləri davam etdirilir. Ağdamın Sarıcalı kəndində 203, Kəngərli kəndində 292, Xıdırlı kəndində isə 719 fərdi yaşayış evinin inşası aparılır. Qeyd edilən hər 3 kənddə fərdi yaşayış evləri ilə yanaşı məktəblər, uşaq bağçaları, klub icma mərkəzləri, Bayraq meydanı, bazar kompleksləri, məişət xidməti obyektləri, ailə sağlamlıq mərkəzləri, qəbirstanlıqlar, emalatxanalar, inzibati binalar və digər iaşə obyektlərinin də tikintisi getməkdədir".

Son xəbərlər

Orphus sistemi