ADY: Orta Dəhlizlə bağlı əsas problemlərdən biri vahid rəqəmsal platformanın olmamasıdır

ADY: Orta Dəhlizlə bağlı əsas problemlərdən biri vahid rəqəmsal platformanın olmamasıdır Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə bağlı əsas problemlərdən biri vahid rəqəmsal platformanın olmamasıdır.
İnfrastruktur
20 Sentyabr , 2024 12:12
ADY: Orta Dəhlizlə bağlı əsas problemlərdən biri vahid rəqəmsal platformanın olmamasıdır

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə bağlı əsas problemlərdən biri vahid rəqəmsal platformanın olmamasıdır.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədrinin rəqəmsallaşma və beynəlxalq investisiyalar üzrə müşaviri Arif Ağayev Bakıda keçirilən "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında bildirib.

"Bu vahid platforma müxtəlif rəqəmsal sistemləri inteqrasiya edə bilərdi. Layihədə iştirak edən ölkələr bu istiqamətdə rəqəmsallaşma ilə bağlı fərqli səviyyələrdə yerləşirlər. Bu isə məlumat mübadiləsi və yüklərin izlənilməsinə dair vahid sistemin tətbiqini çətinləşdirir. Vahid rəqəmsal platformanın olmaması nəticəsində iştirakçı ölkələr arasında koordinasiya ciddi şəkildə qəlizləşir. Bu isə bütün səviyyələrdə tədarük zəncirlərində gecikmələrə səbəb olur", - deyə o qeyd edib.

Qeyd edək ki, Orta Dəhlizin cəlbediciliyini və rəqabət qabiliyyətini artırmaq üçün onun bütün uzunluğu boyunca vahid multimodal xidmət yaradılıb. Azərbaycan və Qazaxıstan dəmir yollarının informasiya sistemləri artıq DTC (Digital Trade Corridor) platformasının gömrük modulu olan "Tez Customs" ilə inteqrasiya olunub, Gürcüstan dəmir yolları ilə də oxşar iş planlaşdırılır. Orta Dəhliz üzrə əməliyyatların səmərəliliyini artırmaq üçün onun rəqəmsallaşdırılması işləri də aparılır. 2025-ci ildə "Maneəsiz Rəqəmsal Dəhliz" platformasının işə salınması planlaşdırılır ki, bu da bütün marşrut boyunca sənəd dövriyyəsini, gömrük rəsmiləşdirilməsini və yüklərin izlənməsini vahid ekosistemə birləşdirəcək.

Son xəbərlər

Orphus sistemi