ADY-də yeni sədr müavini təyin edilib

İnfrastruktur
  • 22 may, 2025
  • 12:53
ADY-də yeni sədr müavini təyin edilib
Nicat Quliyev

Nicat Quliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini təyin edilib.

Bu barədə "Report"a ADY-dən məlumat verilib. 

"Azərbaycan Prezidentinin 22 may 2025 tarixli sərəncamına əsasən, Nicat Tofiq oğlu Quliyev “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsinə təyin edilib", - ADY-dən bildirilib.

N. Quliyev 1985-ci ildə anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat və 2007-ci ildə magistratura pillələrini fərqlənmə ilə bitirib.

2009-cu ildən 2015-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Azəryolservis” ASC-də müxtəlif vəzifələrdə çalışıb.

2015-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-də fəaliyyətə başlayıb, 2016–2025-ci illərdə Hüquq departamentinin müdiri və ADY sədrinin müşaviri vəzifələrini icra edib.

ADY-də çalışdığı müddətdə bir sıra layihələrə rəhbərlik edib. 2020-ci ildə ADY-nin “140 illik yubiley medalı” ilə təltif olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti