ADB: Özəl sektor Orta Dəhlizdə səmərəliliyi artıra, Azərbaycanda “yaşıl gündəliy"i dəstəkləyə bilər

ADB: Özəl sektor Orta Dəhlizdə səmərəliliyi artıra, Azərbaycanda “yaşıl gündəliy"i dəstəkləyə bilər Özəl sektorun iştirakı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) səmərəliliyini əhəmiyyətli dərəcədə artıra, həmçinin Azərbaycanın ekoloji təşəbbüslərini dəstəkləyə bilər.
İnfrastruktur
9 aprel 2025 10:05
ADB: Özəl sektor Orta Dəhlizdə səmərəliliyi artıra, Azərbaycanda “yaşıl gündəliyi dəstəkləyə bilər

Özəl sektorun iştirakı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) səmərəliliyini əhəmiyyətli dərəcədə artıra, həmçinin Azərbaycanın ekoloji təşəbbüslərini dəstəkləyə bilər.

Bu barədə “Report” Asiya İnkişaf Bankının (ADB) hesabatına istinadən xəbər verir.

Hesabat müəlliflərinin fikrincə, Azərbaycanın regionda əsas nəqliyyat qovşağı kimi coğrafi mövqeyi özəl investisiyaların aktivləşdirilməsi üçün geniş imkanlar açır.

"Azərbaycan özünəməxsus coğrafi mövqeyi sayəsində Mərkəzi Asiyanı Cənubi Qafqaz və digər regionlarla birləşdirən körpü rolunu oynayır. Onun Avropa və Asiya arasında tranzit dəhliz kimi strateji rolu Asiya ölkələrinin ticarət marşrutlarını şaxələndirmək və regional əlaqələri gücləndirmək səylərinə töhfə verir. Bu üstünlüklərin tam reallaşdırılması üçün ticarətin, təchizat zəncirinin maliyyələşdirilməsi və rəqəmsal ticarətin həcmini artırmaq lazımdır. Bütün bunlar əhəmiyyətli investisiyalar və mütərəqqi yanaşma tələb edir ki, burada özəl sektor mühüm rol oynaya bilər", - ADB-nin hesabatında bildirilib.

Xatırladaq ki, Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirir. 2023-cü ilin oktyabrında Azərbaycan, Gürcüstan və Qazaxıstan tranzit daşımalarının səmərəliliyinin artırılması üçün “Middle Corridor Multimodal Ltd.” birgə dəmir yolu şirkətinin yaradılması haqqında saziş imzalayıb.

2024-cü ildə TBNM ilə yük daşımalarının həcmi 2023-cü illə müqayisədə 62 % artaraq 4,5 milyon tona çatıb. Həyata keçirilən tədbirlər nəticəsində 2027-ci ilə qədər Orta Dəhlizin ötürmə qabiliyyətinin 10 milyon tona qədər artacağı gözlənilir.

Orphus sistemi