YUĞ Teatrında yeni tamaşa hazırlanır

YUĞ Teatrında yeni tamaşa hazırlanır Tamaşada bir rolu iki aktyor oynayacaq
İncəsənət
14 Oktyabr , 2015 16:47
YUĞ Teatrında yeni tamaşa hazırlanır

Bakı. 14 oktyabr. REPORT.AZ/ YUĞ Teatrında H.İbsenin "Vahimə" əsəri əsasında yeni tamaşa hazırlanır.

Bu barədə "Report"a YUĞ Teatrının baş rejissoru Gümrah Ömər məlumat verib.

Rejissorun sözlərinə görə, tamaşanın hələlik ilkin adı "Qorxa-qorxa"dır. O qeyd edib ki, tamaşa psixo-dramatik aksiya olacaq: "Hazırda tamaşanın məşqləri gedir. Əsər YUĞ Teatrının repertuar planına salınıb. Tamaşa psixosof teatrı poetikasının həlli metodikasıyla hazırlanır. İlk dəfədir ki, klassik dramaturgiyanın məziyyətlərini qorumaq şərtilə psixosof tamaşa hazırlamaq niyyətindəyik".

Yeni tamaşanın rejissoru teatrın baş rejissoru Gümrah Ömər, rəssamı Umay Həsənovadır.

Rolları əməkdar artistlər Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Vidadi Həsənov, aktyorlar Mətanət Abbasova, Zümrüd Bəxtiyar, Könül Cəfərzadə, Amid Qasımov və Vüqar Hacıyev ifa edəcək.

Rejissorun sözlərinə görə, aktyorlar Amid Qasımov və Vüqar Hacıyev bir rolu ifa edəcəklər: "Bir tamaşada eyni zamanda bir rolu iki aktyorun ifa etməsi maraqlı alınacaq. Tamaşanı noyabrın sonunadək təhvil verməyi düşünürük. Ümid edirik ki, bu tamaşa ilə cəmiyyətimizdə olan bir sıra mənəvi problemlərə işıq sala biləcəyik"

Xatırladaq ki, tamaşanın rəssamı Umay Həsənova YUĞ Teatrının yaradıcısı Vaqif İbrahimoğlunun qızıdır.

Son xəbərlər

Orphus sistemi