Xalq artisti Arif Quliyev vəfat edib

Xalq artisti Arif Quliyev vəfat edib Xalq artisti Arif Quliyev dünyasını dəyişib
İncəsənət
3023
7 May , 2021 01:11
Xalq artisti Arif Quliyev vəfat edib
Arif Quliyev
0 : 00
0 : 00

Azərbaycanın Xalq artisti Arif Quliyev dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Xatırladaq ki, Xalq artisti koronavirusa yoluxmuşdu. Onun ağ ciyərinin 90 faizi zədələndiyi üçün bir neçə gün idi süni tənəffüs aparatına qoşulmuşdu.

Arif Quliyev 1950-ci il mayın 16-da Əli-Bayramlı şəhərində (indiki Şirvan) anadan olub.

Arif Quliyevin “Şans”, “Bığ əhvalatı”, “Qaynana”, “Lift əhvalatı”, “Yarım ştat”, “Evləri köndələn yar” və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb. Bundan başqa, aktyor “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” kimi bədii filmlərdə canlandırdığı obrazlarla yadda qalıb.

Arif Quliyev 1993-cü ildə Xalq artisti fəxri adına layiq görülmüşdü.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi