UNESCO üzrə Milli Komissiyaların namizədləri arasından seçilmiş rəssamların Qarabağa səfəri təşkil olunub

UNESCO üzrə Milli Komissiyaların namizədləri arasından seçilmiş rəssamların Qarabağa səfəri təşkil olunub "Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi) adlı beynəlxalq layihənin bağlanış mərasimi baş tutub.
İncəsənət
4 Sentyabr , 2022 17:02
UNESCO üzrə Milli Komissiyaların namizədləri arasından seçilmiş rəssamların Qarabağa səfəri təşkil olunub

"Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi) adlı beynəlxalq layihənin bağlanış mərasimi baş tutub.

"Report" xəbər verir ki, layihə çərçivəsində xarici ölkələrin UNESCO üzrə Milli Komissiyalarının təqdim etdiyi namizədlərin arasından münsiflər heyəti tərəfindən seçilmiş 16 gənc rəssamın Ağdam rayonuna səfəri təşkil olunub.

Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, ölkəmizin İspaniyadakı səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının nümayəndələrinin təşkilatçılığı ilə ərsəyə gələn layihə çərçivəsində gənc rəssamlar Ağdamla yanaşı, Şuşa, Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər.

Layihə çərçivəsində gənc rəssamların təəssüratları işğaldan azad edilmiş əraziləri səfərləri zamanı çəkdiyi rəsm əsərlərində əks olunub.

Sözügedən rəsm əsərlərindən ibarət kataloq hazırlanacaq və xarici ölkələrdə yayımlanacaq. Həmçinin rəsm əsərlərindən ibarət sərgi təşkil ediləcək.

Aysel Aslanqızı

Son xəbərlər

Orphus sistemi