Teatr Xadimləri İttifaqında Nəriman Həsənzadənin yubileyi qeyd olunacaq

İncəsənət
  • 08 fevral, 2016
  • 12:55
Teatr Xadimləri İttifaqında Nəriman Həsənzadənin yubileyi qeyd olunacaq

Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Teatr Xadimləri İttifaqında xalq şairi Nəriman Həsənzadənin yubileyi qeyd olunacaq. 

"Report" xəbər verir ki, fevralın 23-də keçiriləcək yubiley tədbiri "Nəriman Həsənzadə və teatr" adlanır.

Yubiley tədbirində N.Həsənzadənin sənət dostları, yaxınları iştirak edəcək.

Qeyd edək ki, fevralın 18-i Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi Nəriman Həsənzadənin 85 yaşı tamam olur.