Tanınmış pianoçu Nərgiz Əliyarova Vaşinqtonda solo konsert verib

Tanınmış pianoçu Nərgiz Əliyarova Vaşinqtonda solo konsert verib ABŞ-ın paytaxtı Vaşinqtonda Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisi, tanınmış pianoçu, Azərbaycanın əməkdar artisti Nərgiz Əliyarovanın “İpək Yolunun musiqisi” adlı solo konserti keçirilib.
İncəsənət
13 Yanvar , 2023 09:21
Tanınmış pianoçu Nərgiz Əliyarova Vaşinqtonda solo konsert verib

ABŞ-ın paytaxtı Vaşinqtonda Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisi, tanınmış pianoçu, Azərbaycanın əməkdar artisti Nərgiz Əliyarovanın “İpək Yolunun musiqisi” adlı solo konserti keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, dünyaca məşhur Kennedi Sənət Mərkəzinin Millenium səhnəsi Azərbaycan musiqisinə ev sahibliyi edib.

Anşlaqla keçən konsert proqramına müxtəlif ölkələrdən olan sənətsevərlər və ABŞ-da yaşayan azərbaycanlılar qatılıb.

Gecədə sənətçi Azərbaycanın zəngin musiqisindən danışıb və dünya incəsənətinə bəxş etdiyi əvəzolunmaz töhfələrdən bəhs edib.

N.Əlyarova solo konsertinə bəstəkar Faiq Sücəddinovun “Vətən balladası” əsərini ifa edərək başlayıb. Sənətçi bunu Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinə ithaf edib.

Əməkdar artist gecədə tarixi İpək Yolu üzərində yerləşən üç ölkədən, Azərbaycan, Türkiyə və İrandan olan bəstəkarların əsərlərini səsləndirib.

Konsertdə pianoçu Azərbaycanın tanınmış bəstəkarları Qara Qarayevin, Fikrət Əmirovun, Lalə Cəfərovanın, Firəngiz Əlizadənin, Faiq Sücəddinovun əsərlərini ifa edib.

Amerikalı sənətsevərlər Şərq ölkələrinin musiqilərini heyranlıqla dinləyiblər.

Son xəbərlər

Orphus sistemi