Rus Dram Teatrında "Afina gecələri" tamaşası nümayiş etdiriləcək
İncəsənət
- 01 fevral, 2016
- 06:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 fevral. REPORT.AZ/ Səməd Vurğun adına Rus Dram Teatrında fevralın 14-də "Afina gecələri" tamaşası nümayiş etdiriləcək.
"Report" xəbər verir ki, Pyotr Qladilinin pyesinin motivləri əsasında hazırlanan "Afina gecələri" tamaşasının premyerası yanvar ayında olub. Teatr bu tamaşanı ikinci dəfə "Sevgililər günü"ndə tamaşaçılara təqdim edəcək.
Xatırladaq ki, tamaşa teatrın aktrisası, əməkdar artist Yevgeniya Nevmerjitskayanın 70 illik yubileyi münasibətilə hazırlanıb.
"Afina gecələri" tamaşasının rejissoru Rus Dram Teatrının baş rejissoru, xalq artisti Aleksandr Şarovskidir.
Rolları xalq artisti Səfa Mirhəsənov, əməkdar artistlər Nataliya Şarovski, aktyorlar Oleq Əmirbəyov və Natəvan Hacıyeva ifa edir.
Son xəbərlər
21:59
Tofiq Əliyev: Gələcəkdə dünya çempionatında qızıl medal qazanacağam
Fərdi
21:56
"Sabah" basketbol komandası "Trabzonspor"u məğlub edib
Komanda
21:44
ABŞ Energetika Nazirliyi 2026-cı il üçün "Brent"in qiymət proqnozunu artırıb
Digər ölkələr
21:42
Selcan Mahsudova: Yeni tarixə imza atdığımız üçün sevinirəm
Fərdi
21:34
ESM: Britaniyalılar müharibə ehtimalına görə ərzaq alışını artırıblar
Digər ölkələr
21:25
Ukrayna Polşaya antidron texnologiyaları verəcək
Digər ölkələr
21:17
Muxtar Babayev: Sərfəli elektrik enerjisinə çıxış imkanları müzakirə olunub
Energetika
21:15
EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu sabit saxlayıb
Energetika
21:10
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
Region