Kestutis Yankauskas: "Bakıda keçiriləcək incəsənət festivalı qadın hüquqlarına diqqət çəkəcək"

Kestutis Yankauskas: "Bakıda keçiriləcək incəsənət festivalı qadın hüquqlarına diqqət çəkəcək" Bakıda keçiriləcək “Maiden Tower. To Be A Woman” (“Qız Qalası. Qadın olmaq”) festivalı qadın hüquqları kimi mühüm məsələyə incəsənət vasitəsilə diqqəti yönəldəcək.
İncəsənət
11 Sentyabr , 2019 19:17
Kestutis Yankauskas: Bakıda keçiriləcək incəsənət festivalı qadın hüquqlarına diqqət çəkəcək

Bakıda keçiriləcək “Maiden Tower. To Be A Woman” (“Qız Qalası. Qadın olmaq”) festivalı qadın hüquqları kimi mühüm məsələyə incəsənət vasitəsilə diqqəti yönəldəcək.

“Report” xəbər verir ki, bu barədə festivala həsr olunmuş brifinqdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas bildirib.

O, qadın hüquqlarının bütün dünyada çox ciddi məsələ olduğunu qeyd edib: “Avropada bu məsələyə xüsusi diqqət yetirilir. Elə Avropa Komissiyasının bu yaxınlarda seçilmiş prezidenti Ursula fon der Leyen gələcək işçilərinin yarısını xanımlardan təşkil edib”.

Festivalın xeyli zəngin proqrama malik olacağını deyən tədbirin ideya müəllifi, Əməkdar rəssam Səbinə Şıxlinskaya da 10 gün ərzində müxtəlif sərgilər, incəsənət tədbirləri, film nümayişləri, ustad dərsləri keçiriləcəyini qeyd edərək festivala hazırlıq əsnasında təşkilatçıların gender məqamına fərqli yanaşma göstərdiklərini dilə gətirib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbər müavini Denis Daniilidis "Şərq Tərəfdaşlığı" proqramının 10 illiyilə əlamətdar olduğu cari ilin xüsusi əhəmiyyət daşıdığını deyib: “Həmçinin 101 il bundan əvvəl Azərbaycanda qadınlara seçki hüququ verilməsi də çox mühüm hadisədir. Bu baxımdan ölkəniz Avropanın bir çox ölkələrindən daha liberal olub”.

Xatırladaq ki, “Maiden Tower. To Be A Women” festivalı Azərbaycanda 17-27 sentyabr tarixlərində keçiriləcək. Festivalın proqramı ilə tobeawoman.az ünvanında tanış olmaq olar.

Son xəbərlər

Orphus sistemi