Polad Bülbüloğlunun "Eşq və ölüm" baleti nümayiş etdiriləcək

Polad Bülbüloğlunun "Eşq və ölüm" baleti nümayiş etdiriləcək Balet fevralın 21-də oynanılacaq
İncəsənət
5 Fevral , 2016 14:20
Polad Bülbüloğlunun Eşq və ölüm baleti nümayiş etdiriləcək

Bakı. 5 fevral. REPORT.AZ/ Akademik Opera və Balet Teatrında bəstəkar, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun "Eşq və ölüm" baleti nümayiş olunacaq.

"Report" xəbər verir ki, balet fevralın 21-də oynanılacaq.

Qeyd edək ki, bəstəkar Polad Bülbüloğlu "Eşq və ölüm" baletini Dədə Qorqud dastanının motivləri əsasında yazıb.

Baleti ilk dəfə 2005-ci ildə Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru, baletmeyster Vakil Usmanov səhnəyə qoyub.

2005-ci ildə Akademik Opera və Balet Teatrının balet truppası həmin tamaşanı Mariinski adına Sankt-Peterburq Akademik Opera və Balet Teatrında, daha sonra Moskvada Böyük Teatrın səhnəsində nümayiş etdirib.

2010-cu ildə isə xoreoqraf Nadejda Malıqinanın təşəbbüsü ilə “Eşq və ölüm” baleti Yekaterinburq Dövlət Opera və Balet Teatrında səhnəyə qoyulub. 2011-ci ildə Yekaterinburq teatrı bu tamaşanı Dövlət Akademik Böyük Teatrının səhnəsində, sonra isə Türkiyənin Ankara şəhərində göstərib. 

Son xəbərlər

Orphus sistemi