Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Antuan de Sent-Ekzüperinin “Balaca Şahzadə” əsərinin motivləri əsasında hazırladığı eyniadlı tamaşanı nümayiş etdirəcək.
Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səhnə əsəri balaca tamaşaçıların görüşünə mayın 3-ü saat 19:00, 4-ü saat 12:00 və 15:00-da, 31-i saat 19:00 və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə saat 12:00-da gələcək.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair, yazıçı-publisist İlqar Fəhmi, rejissoru Əməkdar artist Nofəl Vəliyevdir, səhnə qrafikası Mehdi Məmmədova, video quraşdırmalar isə Bakı Media Mərkəzinə məxsusdur.
Balaca Şahzadə obrazını Musiqili Teatrın iki azyaşlı aktyoru – adı “Qızıl kitab”a yazılan Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib Məmmədzadə canlandıracaq. Digər rolları Əməkdar artistlər - Ələkbər Əliyev (Kral), Şövqi Hüseynov (Tülkü), aktyorlar - Əmrah Dadaşov (Təyyarəçi), Nicat Əli (Dərviş) Aydan Həsənova (Qızılgül), Əliməmməd Novruzov (Şoumen), Məhərrəm Qurbanov (Əyyaş), Hüseyn Əlili (Fənərçi), Rauf Babayev (Kommersant), Emil Heydərov (Qlobus), İbrahim Əlizadə (Ora-bura) ifa edirlər. Tamaşanı teatrın rejissor assistenti Sevinc Məmmədova idarə edir.
Qeyd edək ki, layihənin rəhbəri
Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən və “iticket.az” saytından əldə etmək olar.