Mir Cəlal Paşayevin kitablarının təqdimatı olub

Mir Cəlal Paşayevin kitablarının təqdimatı olub Bakı. 21 dekabr. REPORT.AZ/ Milli Kitabxanada professor Mir Cəlal Paşayevin “Ədəbi tənqid” və “Publisistika” kitablarının təqdimat mərasimi keçirilib.
İncəsənət
1308
21 Dekabr , 2018 13:31
Mir Cəlal Paşayevin kitablarının təqdimatı olub
Report
0 : 00
0 : 00

Bakı. 21 dekabr. REPORT.AZ/ Milli Kitabxanada professor Mir Cəlal Paşayevin “Ədəbi tənqid” və “Publisistika” kitablarının təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, kitablar Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr olunub.

Təqdimatda mədəniyyət naziri Əbülfəs Qarayev, xalq yazıçısı Elçin Əfəndiyev, Azərbaycan xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev və bir sıra elm xadimləri iştirak ediblər.

Ə.Qarayev çıxışında bildirib ki, bu il müddətində Mir Cəlal Paşayevin fəaliyyəti ilə bağlı bir neçə silsilə tədbirlər keçirilib: "Mir Cəlal Paşayevin fəaliyyəti nəinki Azərbaycan xalqı tərəfindən hörmətlə qəbul olunur, onun qoyduğu irs dünyada müəyyən elmi araşdırmalara, tədqiqatlara səbəb olub".

Xalq yazıçısı Elçin Əfəndiyev isə deyib ki, Mir Cəlal Paşayevin istedadı ideologiyaya məğlub olmadı: "Məhz buna görə də, onun əsərləri bu gün də aktualdır".

Son xəbərlər

Orphus sistemi