“İçəri şəhər” filmi Hindistanın “Yaşvant" festivalında nümayiş etdiriləcək

“İçəri şəhər” filmi Hindistanın “Yaşvant" festivalında nümayiş etdiriləcək Festival yanvarın 20-dən 26-dək Mumbay şəhərində keçiriləcək
İncəsənət
17 Yanvar , 2017 15:42
“İçəri şəhər” filmi Hindistanın “Yaşvant festivalında nümayiş etdiriləcək

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan istehsalı olan “İçəri şəhər” bədii filmi Hindistanın 7-ci “Yaşvant” beynəlxalq film festivalında nümayiş etdiriləcək.  

“Azərbaycanfilm” kinostudiyasından "Report"a verilən məlumata görə, festival yanvarın 20-dən 26-dək Mumbay şəhərində keçiriləcək.

Qeyd edək ki, “İçəri şəhər” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Psixoloji dram janrında çəkilən filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırıblar.

Son xəbərlər

Orphus sistemi