Hindistanın hazırda Bakıda çəkdiyi döyüş filmi marağa səbəb olub

Hindistanın hazırda Bakıda çəkdiyi döyüş filmi marağa səbəb olub Hindistanın tanınmış rejissoru Maqij Tirumenin hazırda Bakıda çəkdiyi “Vidaamuyarçi” filmi internet resurslarında, o cümlədən sosial şəbəkələrdə maraqla qarşılanıb.
İncəsənət
19 Dekabr , 2023 08:57
Hindistanın hazırda Bakıda çəkdiyi döyüş filmi marağa səbəb olub

Hindistanın tanınmış rejissoru Maqij Tirumenin hazırda Bakıda çəkdiyi “Vidaamuyarçi” filmi internet resurslarında, o cümlədən sosial şəbəkələrdə maraqla qarşılanıb.

Bu barədə “Report” Hindistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, məşhur aktyor Ajit Kumarın Azərbaycandakı pərəstişkarları – həmvətənləri filmin çəkilişlərini, habelə ekran əsəri ilə bağlı yenilikləri maraqla izləyirlər.

Döyüş trilleri kimi təqdim edilən bu film Ajit Kumarın rejissor Maqij Tirumenin rəhbərliyi altında növbəti filmi olacaq.

İnternetdə aktyorun “Vidaamuyarçi” filminin çəkilişləri zamanı pərəstişkarları ilə görüşünü əks etdirən videosu xeyli sayda kino həvəskarı tərəfindən izlənilib. Filmin Azərbaycandakı çəkilişləri gələn il yanvarın sonuna kimi davam edəcək.

“Lyca Productions”ıb tərəfindən istehsal olunan film gələn ilin Divali festivalında möhtəşəm buraxılış üçün nəzərdə tutulub və çəkilişlər 2024-cü ilin əvvəlində başa çatacaq. Filmdə Hindistanın bir sıra tanınmış digər sənətkarları da çəkilir.

Ajit Kumar oktyabr ayından Azərbaycanda "Vidaamuyarçi" filmində çəkilir. Çəkilişlərin bundan sonra 70 gün davam edəcəyi gözlənilir.

Filmin bəstəkarı Anirud Raviçander, operatoru Nirav Şah və montajçı N.B.Şrikantdır.

Qeyd edək ki, Hindistanın tanınmış aktyorlarından olan 52 yaşlı Ajit Kumar indiyədək 41 filmdə çəkilib.

Son xəbərlər

Orphus sistemi