Gənc Tamaşaçılar Teatrının aktyorları Beynəlxalq Yay Teatr Məktəbində təcrübə keçirlər

Gənc Tamaşaçılar Teatrının aktyorları Beynəlxalq Yay Teatr Məktəbində təcrübə keçirlər Beynəlxalq Yay Teatr Məktəbində dünyanın 20 ölkəsindən 81 nümayəndə iştirak edir
İncəsənət
4 İyun , 2015 10:53
Gənc Tamaşaçılar Teatrının aktyorları Beynəlxalq Yay Teatr Məktəbində təcrübə keçirlər

Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının iki gənc aktyoru – Günel Məmmədova və Eşqin Quliyev Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və bu ölkənin Mədəniyyət Nazirliyinin təşkil etdiyi IX Beynəlxalq Yay Teatr Məktəbində təcrübə keçirlər.

"Report" xəbər verir ki, iyunun 1-dən  28-dək Moskva vilayətinin Zveniqorod şəhərində baş tutacaq yay məktəbində ABŞ, Avstraliya, Böyük Britaniya, Almaniya, Azərbaycan, Ukrayna, Polşa, Gürcüstan və ümumilikdə dünyanın 20 ölkəsindən 81 nümayəndə iştirak edir.

Layihənin təlim proqramında gündəlik təcrübə ilə bərabər tanınmış teatr xadimlərinin ustad dərsləri təşkil edilib.

Ustad dərsləri Yay Teatr Məktəbinin bədii rəhbəri, Rusiyanın xalq artisti Aleksandr Kalyagin eləcə də, Vyaçeslav Polunin, Sergey Jenovaç, Lev Dodin, Boris Konstantinov, İqor Zolotovitskiy və başqalarının rəhbərliyi ilə keçirilir.

Qeyd edək ki, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının irimiqyaslı təhsil layihəsi olan Beynəlxalq Yay Teatr Məktəbinin əsas məqsədi müxtəlif ölkələrdən olan gənc aktyorların təcrübə mübadiləsini təşkil etmək, yeni aktyor məktəbinin inkişaf etdirilməsi və peşəkarlıq səviyyəsinin artırılmasını təmin etməkdir.

2007-ci ildən start götürən və bugünədək dünyanın 40-dan artıq ölkəsindən 800-dək sənətçinin təlim keçdiyi Beynəlxalq Yay Teatr Məktəbi Rusiya Federasiyası Teatr Xadimləri İttifaqı və bu ölkənin Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi