Bakı. 28 yanvar. REPORT.AZ/ Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri orkestrinin konserti keçiriləcək.
"Report" xəbər verir ki, yanvarın 30-da baş tutacaq proqramda Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndiriləcək.
Qeyd edək ki, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri orkestri 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb.
Bakının müxtəlif musiqi məktəblərindən seçilən 50 şagird orkestrdə ifa edir. Bu illər ərzində uşaqların yarıdan çoxu respublika müsabiqələrinin qalibi olub, 7 nəfər Prezident təqaüdünə layiq görülüb.
Orkestrin bədii rəhbəri və baş dirijoru Ağaverdi Paşayevdir.