Əməkdar artist Elxan Qasımov vəfat edib

Əməkdar artist Elxan Qasımov vəfat edib Əməkdar artist, Elxan Qasımov dünyasını dəyişib.
İncəsənət
29 May , 2023 19:29
Əməkdar artist Elxan Qasımov vəfat edib

Azərbaycanın Əməkdar artisti, Elxan Qasımov dünyasını dəyişib.

Bu barədə “Report”a Azərbaycan Kinematoqrafçılar İtitfaqından bildirilib.

Azərbaycan Kinematoqrafçılar İttifaqı mərhumun ailəsinə başsağlığı verib.

Xatırladaq ki, Elxan Məmməd oğlu Qasımov 1945-ci il aprelin 24-də Naxçıvanda anadan olub. “Əhməd haradadır” filmindən “sürücü Əhməd” kimi tanınan Elxan Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə “Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülüb.

Elxan Qasımov tamaşaçıların, həmkarlarının yadında o həmişə səmimi, sadiq dost, vətənsevər şəxsiyyət, istedadlı həmkar kimi qalacaq.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi