Böyük Mərdəkan qəsrində çökmə baş verib, əraziyə giriş məhdudlaşdırılıb
İncəsənət
- 13 aprel, 2026
- 17:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Son dövr müşahidə olunan intensiv yağışların təsiri nəticəsində Böyük Mərdəkan qəsrinin dam hissəsində və mərtəbələrarası döşəmə qatlarında çökmə halları qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.
Qeyd olunub ki, Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən abidəyə baxış keçirilib və əraziyə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.
Dam hissəsinin və daşıyıcı konstruksiyaların vəziyyəti qiymətləndirilərək müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.
Bildirilib ki, vəziyyət aidiyyəti qurumların nəzarətindədir və zəruri tədbirlər ardıcıl şəkildə həyata keçirilir.
Son xəbərlər
15:00
Türkiyə Prezidenti COP31 Liderlər Sammitində iqlim dəyişikliyi ilə bağlı çağırış edib
Region
14:59
Video
Molla Eyyublu - Tarixi izləri daşlara həkk olunan Qərbi Azərbaycan kəndi
Daxili siyasət
14:56
Lula da Silva: Müharibə və inflyasiya ilə yanaşı, iqlim dəyişikliyi də dünya üçün təhlükədir
Digər ölkələr
14:50
Astarada mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - Əlavə olunub
Hadisə
14:49
"Barselona" Lisandro Martinesi transfer etmək istəyir
Futbol
14:47
Vergi rəsmisi: "Dəyişikliklər hesabına ixrac fəaliyyəti stimullaşdırılacaq"
Biznes
14:46
Ərdoğan COP31-ə hazırlığa göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib
Xarici siyasət
14:41
ƏDV ödəyicisi olmayan sahibkarlardan alış-verişdə də keşbek tətbiq olunacaq
Biznes
14:37
Azərbaycandakı yük daşıyıcıları ƏDV və mənfəət vergisi yükündən azad ola biləcək
Biznes