"Azərbaycanda caz musiqisini populyarlaşdırmaq üçün onu televiziyadan, radiodan dinlətmək lazımdır".
"Report" xəbər verir ki, bunu Əməkdar artist, bəstəkar Rain Sultanov Bakıda keçirilən Musiqi Forumunda panel müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, cazı kütləvi informasiya vasitələrində aktiv və doğru formada təbliğ etmək lazımdır: "Keyfiyyətli musiqi səsyazma studiyasında peşəkar formada yazılmadır. Bəstəkar gərək peşəkar formada musiqisini yazdırsın və onu ixrac etməyə çalışsın. Müəllif hüququ isə mütləq şəkildə qorunmalıdır. Amma təəssüf ki, bu istiqamətdə də müəyyən problemlər var. Mənim müəlliflik hüquqlarım burada yox, Almaniyada qorunur. Mən 1998-ci illərdə albom buraxdıqdan sonra Azərbaycan Bəstəkarlar İttifaqına müraciət etdim, lakin bununla bağlı uğurlu cavab ala bilmədim. Ona görə də deyirəm ki, müəllif hüququnu qorumaq lazımdır".