Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycanın əməkdar rəssamı İsmayıl Məmmədovun ABŞ-da fərdi sərgisi keçiriləcək.
"Report" xəbər verir ki, sərgi noyabrın 24-də Nyu-Yorkdakı "Azərbaycan Evi"ndə açılacaq.
Sərginin məqsədi Bakı və Nyu-York arasında dostluq körpüsünün qurulmasıdır.
"Bakı-İçərişəhər rəsmlərdə" adlanan sərgidə əməkdar rəssamın Bakıya, İçərişəhərə həsr etdiyi rəsmləri nümayiş etdiriləcək.
Xatırladaq ki, məşhur boyakar, istedadlı qrafık İsmayıl Məmmədov teatr rəssamlığı ilə ciddi məşğul olub. 1996-cı ildə Akademik Milli Dram Teatrının quruluşçu rəssamı, daha sonra isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş rəssamı vəzifəsində çalışıb.
O, Akademik Teatrda İ.Əfəndiyevin "Hökmdar və qızı" , B.Vahabzadənin "Özümüzü kəsən qılınc" (Göytürklər), "Dar ağacı", Ə.Əmirlinin "Köhnə ev", "Varlı qadın" və s., Musiqili Teatrda Ü.Hacıbəylinin "O olmasın, bu olsun" və başqa tamaşalara səhnə tərtibatı verib.