Bakı. 13 dekabr. REPORT.AZ/ Kalmıkiyanın paytaxtı Elista şəhərində Azərbaycanın yazıçı-dramaturqu, əməkdar incəsənət xadimi Əli Əmirlinin "Zalamca" pyesi əsasında hazırlanan "Gözlə məni" tamaşasının premyerası keçiriləcək.
Ə.Əmirli "Report"a açıqlamasında deyib ki, pyesi Kalmık ədəbiyyatının nümayəndəsi Sandji Balıkov "Zalamca" povestinin motivləri əsasında qələmə alıb.
Qeyd edək ki, dekabrın 16-17-də Kalmık Milli Dram Teatrında nümayiş olunacaq əsərin janrı "tale dramı"dır. Əsərdə Don sahilində, ucsuz-bucaqsız Kalmık çölündə azad yaşayan bir xalqın böyük oktyabr sosialist inqilabından sonrakı faciələrini, emiqrasiya və qaçqınlıq müsibətləri konkret bir ailənin timsalında əks olunub.
Kalmık Milli Dram Teatrının aparıcı aktyorlarının iştirakı ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Azərbaycanın və Kalmıkiya respublikalarının əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanovdur.