​Anar Əzimov: "Mənim filmimin Kann festivalına düşməsi irəliyə doğru addımdı"

​Anar Əzimov: "Mənim filmimin Kann festivalına düşməsi irəliyə doğru addımdı" "Bu növbəti pillədir, ixtisas imtahanına bənzəyir"
İncəsənət
22 İyun , 2015 10:26
​Anar Əzimov: Mənim filmimin Kann festivalına düşməsi irəliyə doğru addımdı

Bakı. 22 iyun. REPORT.AZ/ "Filmimin eksperimentallığı fransızlar üçün lap yerinə düşüb, onlar eksperimentləri sevirlər".

Bu barədə "Report"a müsahibəsində gənc rejissor və ssenarist Anar Əzimov deyib. Onun iPhone mobil telefonuna çəkdiyi qısametrajlı film Kann kino festivalının qısametrajlı filmləri nominasiyasında müsabiqədənkənar nümayiş etdirilməsi üçün seçilib.

A.Əzimovun sözlərinə görə, filmin nümayişi onun üçün "həyatında ixtisas imatahanı" kimi növbəti addımdır. "Gələcəkdə yeni qısametrajlı filmlərin çəkilişinə gəldikdə, hazırda rejissor kimi həyata keçirmək istədiyim ideyalar, ssenarilər var".

A.Əzimov qeyd edib ki, filmin yaradılmasında ona digər filmlər də təsir göstərib: "Ola bilməz ki, təsir etməsin, sadəcə mən konkret olaraq hansı filmlərin olduğunu bilmirəm. Mən kadrın uzunluğu ilə bağlı eksperiment etmək, tempi dəyişmək istədim, rənglərin dəyişməsi və montaj yapışdırmalarının xarakteri vasitəsilə əhvali-ruhiyyə yaratmağa çalışdım. Bir də deməliyəm ki, mən əvvəlcə aktyor axtarırdım, düşünürdüm ki, bu film qismən klassik səhnə mizanı ilə olacaq. Lakin bu sahədə əlaqələrimin olmasına baxmayaraq, mən heç kimi tapa bilmədim. Nəticədə, dərzi rolunu özüm oynadım".

Öz işindən razı olub-olmaması haqqında suala cavab verən A.Əzimov bildirib ki, hər zaman daha yaxşı etmək olar: "Lakin mən anlayıram ki, həmin an üçün maksimal dərəcədə mümkün olanı etmişəm. Düzünü desəm, bundan yaxşı edə bilməzdim".

Son xəbərlər

Orphus sistemi