Bakı. 11 iyul. REPORT.AZ/ Azərbaycanın xalq artisti
Bu barədə "Report"a Alim Qasımovun mətbuat katibi Səadət Möhübbətova məlumat verib.
Onun sözlərinə görə, azərbaycanlı sənətkarlar iyulun 17-də Polşaya yola düşəcəklər. İyulun 18-də "Jarocin 2015" mahnı festivalında Alim Qasımov və qızı Fərqanə Qasımovanın "VOVO" qrupu ilə birgə konsert proqramı olacaq: "Alim Qasımov qızı Fərqanə xanımla məşhur "VOVO" qrupunun iki mahnısını duet şəklində ifa ediblər. Hər iki mahnı qrupun son diskində yer alıb. Bu səbəbdən "VOVO" qrupunun solistləri "Jarocin 2015" festivalı çərçivəsində Alim Qasımovla bu mahnıları canlı ifa etmək istəyiblər. Ona görə də Alim müəllimlə Fərqanə xanım Polşaya gedəcək. Alim Qasımovu müşayiət edən trio bu dəfə konsertdə olmayacaq. Onları polşalı qrup müşayiət edəcək".
Sənətkarlar iyulun 19-da Azərbaycana dönəcək.
Xatırladaq ki, A.Qasımovun növbəti xarici səfəri avqustun sonunda Malayziyaya olacaq.