Yuxarı

Alim Qasımov

 - 

Xanəndə



2012

26 may 2012-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşıb.

2009

2009-cu ildə Amerikanın məşhur Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub.

1999

1999-cu ildə o, Beynəlxalq IMC UNESCO Musiqi Mükafatını alıb.

1982

1982-ci ildə iştirak etdiyi ilk muğam müsabiqəsində müvəffəqiyyət qazanaraq, qalib olub.

1957

Alim Həmzə oğlu Qasımov 1957-ci ildə Qobustan rayonunun Nabur kəndində anadan olub.