14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış mərasimi keçirilib.
“Report” xəbər verir ki, bağlanış mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivalın rəsmi tərəfdaşı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyidir.
Qeyd edək ki, festivala 78 ölkədən 704 film göndərilmişdi.
Kino mütəxəssislərindən ibarət Seçim Komissiyası bu filmlər arasından Beynəlxalq, “Asiya istedadları” və Yerli müsabiqədə yarışan ekran əsərlərini müəyyənləşdiriblər.
Belə ki, beynəlxalq müsabiqədə 32 ölkəni təmsil edən 42 film, “Asiya istedadları”nda 17 film, yerli müsabiqədə isə 26 film festivalın əsas mükafatı olan “Qızıl Nar” uğrunda mübarizəyə qoşulmuşdu.
Müsabiqənin qalibləri isə aşağıdakılardır:
“Ən yaxşı animasiya filmi rejissoru” - Rejissorlar Sedrik Ayqat və Devid Ven de Ueyer “Cadugər-pəri” animasiya filmi. Belçika-Bolqarıstan.
“Ən yaxşı animasiya” - “Fabuladakı canavar” animasiya filmi. Rejissorlar Vuk Palibrk və Tanja Brzakovic. Serbiya.
“Münsiflər heyətinin xüsusi qeydi” - “Hədis” animasiya filmi. Rejissor Nəzrin Ağamalıyeva. Azərbaycan-ABŞ-Çexiya istehsalı.
“Münsiflər heyətinin xüsusi qeydi” - “Raket start meydançasında olanda” sənədli filmi. Rejissor Bahau Liu. Çin-ABŞ istehsalı.
“Münsiflər heyətinin xüsusi qeydi” - “Divar” filmi. Rejissor Evrim İnci. Türkiyə.
“Ən yaxşı sənədli film rejissoru” - Rejissor İman Behruzi . “Üç bacı” filmi. İran.
“Ən yaxşı sənədli film” - “Qalina Petrovna” filmi. Rejissor Nikita Lovetski. Qırğızıstan.
“Münsiflər heyətinin xüsusi mükafatı” - “Teruel ətrafında” bədii filmi. Rejissor Manuel Omonte. İspaniya.
“Münsiflər heyətinin xüsusi qeydi” - “Aykuo” bədii filminə verilir. Rejissor: Ayal Adamov. Rusiya.
“Münsiflər heyətinin xüsusi qeydi”- “Bir az sevgi” filmi. Rejissor Aycan Qasımbəy. Qazaxıstan.
“Ən yaxşı montaj”- “Dava haqqında əsl həqiqət” filmi. Rejissor: Andrea Slaviçek. Xorvatiya-İspaniya.
“Ən yaxşı ssenari”- “Şeytan” filmi. Rejissor Yan Buynovski. Polşa.
“Ən yaxşı rejissor” - Rejissor Kövsər Yunis. “Rəfiqəm” filmi. Misir.
“Ən yaxşı bədii film” - “Heç biri”. Rejissor Patrisio Martines və Fransisko Kanton. Argentina.
“Asiya istedadları”
“Ən yaxşı ssenari” - “Toy mahnısı” filmi. Rejissor Ədalət Ömərov. Qırğızıstan.
“Ən yaxşı rejissor” - Rejissor Erinç Durlanık. “Satıcının bir günü” filmi. Türkiyə.
“Ən yaxşı film” - “Haçalanmış uclar”. Rejissor Əlirza Kazemipur. İran.
Yerli müsabiqə
“Cinemobil” - Saatsaz – Rejissor: Hüseynağa Aslanov
“Azərbaycanfilm” kinostudiyasının “Rasim Ocaqov” mükafatı– “Birlikdə, tək” - Rejissor: Kasım Ordek
Azərbaycan Prodüserlər Gildiyasının “Ən yaxşı prodüser “ diplomu- Emil Nəcəfov
“Münsiflər heyətinin diplom” - Arxa cəbhə – Rejissor: Gülay Babayeva
“Ən yaxşı tələbə filmi” - Pianist – Rejissor: Məmmədəmin Əlizadə
“Ən yaxşı sosial çarx” - Xocalı - Rejissor: Vüsal Həmdullayev
“Ən yaxşı sənədli film” - Sabahın xeyir, Sübh anası - Rejissor: Kürçaylı Məmmədov
“Ən yaxşı rejissor” - Nəfəs – Rejissor: Elmar Bayramov
“Ən yaxşı ssenari” - Qütb ulduzu – Rejissor: Şirin Əhmədov
“Ən yaxşı bədii film” - Salam İsa – Rejissor: Səməd Ağayev