“Zərifə Əliyeva” gəmi-bərəsinin təsviri əks olunmuş poçt markası hazırlanıb

“Zərifə Əliyeva” gəmi-bərəsinin təsviri əks olunmuş poçt markası hazırlanıb ​​​​​​​Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın 100 illiyi münasibətilə onun adını daşıyan Ro-Pax tipli gəminin təsviri əks olunmuş poçt markası hazırlanıb
İKT
28 Aprel , 2023 09:11
“Zərifə Əliyeva” gəmi-bərəsinin təsviri əks olunmuş poçt markası hazırlanıb

Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın 100 illiyi münasibətilə onun adını daşıyan Ro-Pax tipli gəminin təsviri əks olunmuş poçt markası hazırlanıb.

Bu barədə “Report”a “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) məlumat verilib.

Bildirilib ki, ASCO-nun təşəbbüsü ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin hazırladığı poçt markası Belarusun “Bobruisk İnterated Printing House” çap evində işıq üzü görüb.

Yüksək keyfiyyətlə çap olunmuş poçt markasının ölçüsü 52x37 millimetrdir. Markanın nominal dəyəri 1 manatdır.

Bu markanın dövriyyəyə buraxılması dənizçilərin görkəmli oftalmoloqa sonsuz ehtiramının bariz nümunəsi olmaqla yanaşı, dünyada filateliyaya marağın yenidən artdığı bir vaxtda əsl kolleksiyaçılar üçün də böyük töhfədir.

Son xəbərlər

Orphus sistemi