Yutub ildə 2,5 milyard dollara Amerika futbolunun nümayişi hüququnu qazanıb

Yutub ildə 2,5 milyard dollara Amerika futbolunun nümayişi hüququnu qazanıb ABŞ-ın Milli Futbol Liqası (NFL) və “Google” bəzi Amerika futbol matçlarının hüquqlarının “YouTube” video xidmətinə ötürülməsi üçün çoxillik müqavilə bağlayıb.
İKT
24 Dekabr , 2022 03:20
Yutub ildə 2,5 milyard dollara Amerika futbolunun nümayişi hüququnu qazanıb

ABŞ-ın Milli Futbol Liqası və “Google” bəzi Amerika futbol matçlarının hüquqlarının yutub video xidmətinə ötürülməsi üçün çoxillik müqavilə bağlayıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, “Google” (“Alphabet Inc.” holdinqinin bir hissəsi) gələn mövsümdən etibarən oyunların yayımlanmasına görə liqaya ildə 2,5 milyard dollar ödəyəcək.

“Sports Business Journal”ın məlumatına görə, “DirectTV” ilə müddəti başa çatan müqavilənin bir hissəsi olaraq ödənişlər ildə 1,5 milyard dollar təşkil edib.

Lisenziyaya həmçinin “Amazon.com Inc.”, “Apple Inc” və “Walt Disney Co.” iddialı olublar.

“NFL Sunday Ticket” paketi “YouTubeTV” abunəçiləri üçün ödənişli olacaq. “YouTubeTV”yə aylıq abunə ABŞ 64,99 dollarına başa gəlir. Bu il “Sunday Ticket”in qiymətləri bütün mövsüm üçün 294 dollardan başlayır.

Son xəbərlər

Orphus sistemi