Yutub ermənipərəst aparıcı Vladimir Solovyovun kanalını bloklayıb

Yutub ermənipərəst aparıcı Vladimir Solovyovun kanalını bloklayıb Yutub hostinqi Rusiya aparıcısı Vladimir Solovyovun kanalını bloklayıb.
İKT
8 Mart , 2022 08:46
Yutub ermənipərəst aparıcı Vladimir Solovyovun kanalını bloklayıb

Yutub hostinqi Rusiya aparıcısı Vladimir Solovyovun kanalını bloklayıb.

“Report” xəbər verir ki, onun kanalının bir milyondan çox abunəçisi var idi.

“Vladimir Solovyovla axşam” kanalından sonra videohostinq “Solovyev LIVE” kanalını da bloklayıb.

“Bu kanal Yutubun istifadə şərtlərini pozduğu üçün bloklanıb”, - xidmət səhifəyə daxil olmaq istəyəndə qeyd edir.

Təbliğatçının özü kanalında bloklanmağını “müharibə elanı” adlandırıb.

Qeyd edək ki, Vladimir Solovyov son günlər Ukrayna əleyhinə təbliğat aparırdı.

Buna görə də Kanada hakimiyyəti ona sanksiya tətbiq edib, Avropa İttifaqı V.Slovyovun adını “qara siyahı”ya salıb. Solovyov ikinci Qarabağ müharibəsi Ermənistanın fəal təbliğatçısı olub. O, Azərbaycan əleyhinə təbliğat aparırdı. 

Son xəbərlər

Orphus sistemi