“YouTube”un Azərbaycandakı bazar payı 27 % azalıb
- 06 yanvar, 2025
- 07:16
Ötən ilin dekabr ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “Instagram”ın payı 47,09 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin dekabr hesabatına istinadən verdiyi məlumata görə, bu, noyabr ayına nisbətən 8,72 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 10,45 faiz bəndi çoxdur.
İkinci pillədə qərarlaşan “Pinterest”in bazar payı noyabra nisbətən 0,67 faiz bəndi artaraq, 2023-cü ilin dekabr ayı ilə müqayisədə 6,42 faiz bəndi azalaraq 16,91 % olub.
Növbəti yerdəki “Facebook”un bazar payı ay ərzində 2,53 faiz bəndi, il ərzində isə 1,31 faiz bəndi azalaraq 16,03 %-ə düşüb.
Dördüncü pillədəki “YouTube”un bazar payı ay ərzində 3,7 faiz bəndi, illik isə 1,7 faiz bəndi azalaraq 9,97 % təşkil edib. Beləliklə də bu platformanın bazar payı dekabrda 27 % azalıb.
İlk beşliyi 6,7 %-lik bazar payı ilə “X” qapayır. Sosial şəbəkənin bazar payı noyabr ayına nisbətən 1,25 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 0,88 faiz bəndi azalıb.