Feysbuk, tvitter, instaqram sosial şəbəkələri ABŞ prezidenti Donald Trampın hesablarını dondurub.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
İnstaqramın baş direktoru Adam Mosseri bildirib ki, ABŞ prezidentinin rəhbəri olduğu sosial şəbəkədə bloklanması bir neçə saat davam edəcək.
"Biz də həmçinin 24 saat ərzində instaqramda prezident Trampın hesabını bloklayırıq", - o tvitterdə yazıb.
Qeyd edək ki, analoji açıqlama ilə feysbuk sosial şəbəkəsi də çıxış edib. Trampın feysbukda bloklanması 1 sutka davam edəcək.
Eyni zamanda tvitter də prezidentin hesabını 12 saatlıq dondurub.
Bu sosial şəbəkələrlə yanaşı, yutub videohostinqi də Trampın etirazçılara videomüraciətini bloklayıb. Videohostinq bunu Ağ Ev rəhbərinin daxili qaydaları pozması ilə əsaslandırıb.
Xatırladaq ki, ABŞ rəhbəri qarışıqlıqlar fonunda Kapitolidə etirazçılara müraciət edib. Ağ Ev rəhbəri bildirib ki, prezident seçkilərinin nəticələri "oğurlanıb". O, həmçinin tərəfdarlarını evlərinə getməyə çağırıb.